Donnarumma “Mançester Siti”də nə qədər maaş alacaq?
Canluici Donnarumma “Mançester Siti” ilə razılığa gəlib.
Msport.az xəbər verir ki, İtaliya millisinin qapıçısının İngiltərə klubunda alacağı maaş məlum olub.
Onun yeni komandasında əmək haqqı ili 12 milyon avrodan az olmayacaq. Bunun üzərinə müxtəlif bonusları da gəlsək, məbləğ xeyli artır.
Qolkiper PSJ-də ilinə 12 milyon avro alırdı.
Paris klubu 26 yaşlı futbolçuya görə “Mançester Siti”dən 50 milyon avro istəsə də, yaxın günlərdə qiyməti 35 milyona endirəcəyi gözlənilir.
Donnarummanın PSJ ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.