Donnarumma "Mançester Siti"də - RƏSMİ
“Mançester Siti” PSJ-nin qapıçısı Canluici Donnarumanın transferini həll edib. Msport.az xəbər verir ki, İngiltərə klubu İtaliya millisinin üzvü ilə 2030-cu ilə qədər müqavilə bağlayıb.
Donnarumma ötən mövsüm PSJ-də 47 oyun keçirib.
O, PSJ-nin heyətində dörd dəfə Fransa Liqası və bir dəfə Çempionlar Liqasını qazanıb.
Qeyd edək ki, “şəhərlilər”in qapıçısı Ederson klubdan ayrılaraq “Fənərbaxça”ya keçib.