Donnarumma “Mançester Siti” ilə anlaşdı
Canluici Donnarumma “Mançester Siti” ilə müqaviləsinin şərtlərini razılaşdırıb.
Msport.az xəbər verir ki, PSJ-nin qapıçısı karyerasını Pep Qvardiolanın komandasında davam etdirmək niyyətindədir.
“Mançester Siti” ilə PSJ arasında danışıqlar aparılır və transfer məbləği əvvəlcə tələb olunan 50 milyon avrodan az olacaq.
Bununla belə, transfer hələ də “şəhərlilər”in qapıçısı Edersonun bu yay komandadan ayrılmasından asılıdır. Qeyd olunur ki, “Qalatasaray” braziliyalı qolkiperə hələ də maraq göstərir.