Dopinq nümunəsi müsbət çıxan Mudrik yalan detektoru testindən keçib
“Çelsi”sinin ukraynalı ukraynalı futbolçusu Mixaylo Mudrik dopinq nümunəsi müsbət çıxdıqdan sonra yalan detektoru testindən keçib.
Msport.az xəbər verir ki, bu barədə “Şaxtyor”un baş direktoru Sergey Palkin mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, testdən keçməyi yarımmüdafiəçinin vəkilləri təşkil ediblər: “Bu, məhkəməyə təqdim ediləcək sübutlardan biri olacaq. Mən Mudriklə bu barədə dəfələrlə danışmışam. O, bunun necə baş verə verdiyini anlamır. Onun vəkilləri B nümunəsinin nəticələrini öyrənməyə çalışırlar”.
Qeyd edək ki, dopinqdən istifadə faktı təsdiqlənərsə, Mixail Mudrik 4 ilədək diskvalifikasiya oluna bilər.