Dopinqdə “ilişən” Mudrik Səudiyyə Ərəbistanına getdi
DÇ-2026-nın seçmə məərhələsində millimizin rəqiblərindən olan Ukrayna yığmasının hücumçusu Mixail Mudrikin doopinq testi müsbət çıxdıqdan sonra o, Səudiyyə Ərəbistanına yollanıb.
Msport.az xəbər verir ki, “Çelsi”nin forvardı ukraynalı peşəkar boksçu Aleksandr Usiklə Tayson Fyüri arasında döyüşü izləyəcək.
23 yaşlı futbolçunun dopinq testi müsbət nəticələndikdən sonra İngiltərə Futbol Assosiasiyası onu müvəqqəti yarışlardan uzaqlaşdırıb.
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan – Ukrayna oyunu sentyabrın 9-da Bakıda keçiriləcək.