featured-image-29081

Avropa futbolununun bir neçə nəhəng klubu Xviça Kvaratsxeliya ilə maraqlanır.
Msport.az Goal.com-a istinadən xəbər verir ki, dörd klub – “Real”, “Bayern Münhen”, “Çelsi” və PSJ “Napoli”nin futbolçusunu öz heyətində görmək istəyir.
Gürcüstan millisinin üzvü cari mövsüm “Napoli”nin heyətində 37 oyunda 14 qol vurub və 14 məhsuldar ötürmə verib.
Kvaratsxeliya ötən ilin yayında “Napoli”yə keçib. Onun müqaviləsi 2027-ci ilə kimidir.
“Transfermarkt”ın qiymətləndirməsinə görə, Xviçanın dəyəri 85 milyon avrodur.

Bənzər xəbərlər