featured-image-41100

“Bunu Emre Belözoğlu planlaşdırıb”.

Msprot.az xəbər verir ki, bu fikirləri Türkiyədə klub prezidentinin döydüyü hakim Halil Umut Meler hadisə ilə bağlı danışərkən deyib.

Baş hakim Belözoğlunun təxribat törətdiyini söyləyib: “Matçdan sonra onun əllərini gördüm. Bu vaxt digər baş məşqçi İlhan Palut onu saxladı. Bu hərəkəti edən və yumruq atan şəxst yazılı şəkildə məndən və ailəmdən üzr istədi. Amma Emre Belözoğlu bunu etmədi”.

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.

Bənzər xəbərlər