featured-image-23833

“Benfika”da icarə əsasında çıxış edən Yulian Draksler zədə səbəbindən mövsümün qalan hissəsində meydana çıxmayacaq.

Msport.az “Record”a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu cari mövsümün qalan hissəsini buraxmalı olacaq.

Almaniyalı yarımmüdafiəçi topuq hissəsindən əməliyat olunacaq.
Draksler “Benfika”nın düşərgəsində bərpa prosesi keçəcək.

O, bu mövsüm bütün turnirlərdə 18 oyunda meydana çıxıb və 2 qol vurub.

Draksler PSJ-nin futbolçusudur, o, icarə əsasında Portuqaliya klubunda çıxış edir. Yarımmüdafiəçinin Paris təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər