featured-image-31856

Xesus Navas dünya, Avropa çempionatı və Millətlər Liqasının qalibi olmuş yeganə futbolçu olub.

Msport.az xəbər verir ki, “Sevilya”nın üzvü İspaniya yığmasının heyətində Millətlər Liqasına yiyələnib.

İspanlar final qarşılaşmasında Xorvatiyanı oyunsonrası penalti zərbələri ilə məğlub ediblər.

Qeyd edək ki Navas DÇ-2010 və AÇ-2012-də də qızıl medallara sahib olub. Başqa heç bir futbolçu indiyədək belə nəticəyə nail olmayıb.

37 yaşlı yarımmüdafiəçi bu mövsüm karyerasında 4-cü dəfə Avropa Liqasını da qazanıb.

ANAR  

Bənzər xəbərlər