Dünya çempionatı – 1/4 finalın bütün cütləri
ABŞ-də keçirilən klublararası dünya çempionatında 1/4 final cütləri müəyyənləşib.
Msport.az xəbər verir ki, bu, 1/8 final mərhələsinin son iki oyunundan sonra bəlli olub.
Braziliya təmsilçilərindən “Fluminense” bu raundda Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası, “Palmeyras” isə İngiltərənin “Çelsi” klubu ilə üz-üzə gələcək.
Fransanın PSJ kollektivi Almaniya çempionu “Bavariya”nın, İspaniya təmsilçisi “Real” isə “Borussiya”nın (Dortmund) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, 1/4 final oyunlarına iyulun 4-də start veriləcək.