Dünya çempionatı: Bu gün ilk finalçı bəlli olacaq
ABŞ-də keçirilən klublararası dünya çempionatında yarımfinal mərhələsinə bu gün start veriləcək.
Msport.az xəbər verir ki, raundun ilk oyununda UEFA Konfrans Liqasının qalibi olan “Çelsi” Braziliya təmsilçisi “Fluminense” ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Yarımfinalın digər matçında “Real” UEFA Çempionlar Liqasının qızıl mükafatçısı PSJ kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Bu görüş sabah Bakı vaxtı ilə saat 23:00-da olacaq.