Dünya çempionatı: İlk finalçı “Çelsi” oldu
“Çelsi” Braziliyanın “Fluminense” klubunu 2:0 hesabı ilə məğlub edərək, FIFA klublararası dünya çempionatının finalının ilk iştirakçısı olub.
Msport.az xəbər verir ki, yarımfinal matçında braziliyalı hücumçu Joao Pedro iki qola imza atıb.
O, 18 və 56-cı dəqiqələrdə rəqib qapısına zərbə endirib. “Çelsi” finalda “Real” – PSJ matçının qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, klublararası dünya çempionatı ilk dəfədir ki, yeni formatda keçirilir.