Dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək
2023-cü ilin klublararası dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək.
Msport.az xəbər verir ki, turnirin dekabr ayında təşkil olunacağı bildirilir.
Bu, 2030-cu il dünya çempionatına ev sahibliyi etmək istəyən ölkə üçün XXI əsrdə ilk FİFA turniridir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı 2030-cu il dünya çempionatına ev sahibliyi etmək iddiasındadır. Yaxın Şərq dövləti bunun üçün Yunanıstan və Misirlə birgə ərizə vermək niyyətindədir.
2022-ci ilin klublararası dünya çempionatı Mərakeşdə keçirilib və “Real”ın qələbəsiylə yekunlaşıb.







