featured-image-63292

İlk dəfə yenilənmiş formatda keçiriləcək klublararası dünya çempionatının sonuncu iştirakçısı pley-offla müəyyənləşə bilər.

Msport.az xəbər verir ki, ABŞ-ın ev sahibliyi edəcəyi turnirin iştirakçıları arasından Meksika “Leon”u çıxarılıb.

Buna səbəb klubun FİFA qaydalarını pozmasıdır. Hələlik ali futbol qurumu çempionatın sonuncu iştirakçısının adını açıqlamayıb. Bu iştirakçının adına 1 matçdan ibarət pley-offda aydınlıq gələ bilər. Pley-offa namizəd klublar isə “Los Anceles” (ABŞ) və “Amerika”dır (Meksika).

“Leon”un əvəzinə sonuncu iştirakçı yerini tutacaq komanda D qrupunda “Çelsi”, “ES Tunis” və “Flamenqo” ilə birlikdə yarışacaq.

Qeyd edək ki, Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Oyunlara ABŞ-ın 11 şəhərinim 12 stadionu ev sahibliyi edəcək. Final isə Nyu Yorkda keçiriləcək.

Bənzər xəbərlər