Dünya çempionatında bürünc medal qazanan komanda bəlli oldu
Yeni Zelandiyada keçirilən futbol üzrə qadınlar arasında dünya çempionatında üçüncü yer uğrunda oyunda İsveç və Avstraliya milliləri üz-üzə gəliblər.
Msport.az xəbər verir ki, qarşılaşma Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Qolları 30-cu dəqiqədə penaltidən Fridolina Rolfo və 62-ci dəqiqədə Kosovare Asllani vurub.
Qeyd edək ki, finalda İspaniya və İngiltərə seçmələri üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.