Dünya çempionatında bütün yarımfinalçılar bilindi
Yeni Zelandiya və Avstraliyada qadınlar arasıında keçirilən dünya çempionatında 1/4 final mərhələsinin bütün oyunları başa çatıb.
Msport.az xəbər verir ki, bununla da mundialda yarımfinal cütlükləri müəyyənləşib.
Finala gedən yolda İspaniya İsveçi, Avstraliya isə İngiltərəni sınağa çəkəcək. Qarşılaşmalar müvafiq olaraq avqustun 15-i və 16-da keçiriləcək.
1/4 finalda İspaniya Niderlandı, İsveç Yaponiyanı, Avstraliya Fransanı, İngiltərə isə Kolumbiyanı mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, dünya çempionatına avqustun 20-də yekun vurulacaq. Mundialın son çempionu ABŞ yığmasıdır.







