featured-image-69912

FİFA dünya çempionatları ilə bağlı yeni plan üzərində işləyir.

Msport.az xəbər verir ki, dünyanın ali futbol qurumu DÇ-2030-un final mərhələsində 64 komandanın iştirak etməsini istəyir.

Qeyd olunub ki, təşkilat Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) dünya çempionatında rekord komada sayı təklifini dəstəkləyəcək. Bu halda turnir hər biri 4 komandadan ibarət 16 qrupla keçiriləcək. Qruplarda ilk iki yeri tutan kollektivlər birbaşa pley-offa yüksələcəklər. Oyunların İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçiriləcəyi bildirilir.

Qeyd edək ki, DÇ-2026-da da komanda sayı baxımından rekord nəticə qeydə alınacaq. Belə ki, tarixdə ilk dəfə mundialda 48 komanda iştirak edəcək. Bunadək dünya çempionatlarında 32 milli mübarizə aparırdı.

Bənzər xəbərlər