featured-image-39147

Avstraliya 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək təklifindən imtina edib.

Msport.az xəbər verir ki, yerli federasiya mundialı qəbul etmək üçün namizədliyini verməyəcəyini açıqlayıb.

“Biz futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün ərizə təqdim etmək imkanını araşdırdıq və bütün amilləri nəzərə alaraq, 2034-cü ildə keçiriləcək yarış üçün bunu etməmək qərarına gəldik”, – deyə bəyanatda bildirilib.

Bundan əvvəl FİFA Asiya Futbol Konfederasiyası (AFC) və Okeaniya Futbol Konfederasiyasını (OFC) 2034-cü ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə dəvət etmişdi. Daha sonra Səudiyyə Ərəbistanı da turnirə ev sahibliyi etmək üçün müraciət edib.

Oktyabrın əvvəlində FİFA 2030-cu ildə dünya çempionatının üç qitənin altı ölkəsində keçiriləcəyini açıqlayıb. Turnirin əsas təşkilatçıları İspaniya, Portuqaliya və Mərakeşdir. Lakin mundialın ilk oyunları Cənubi Amerikada keçiriləcək – onlara Uruqvay, Argentina və Paraqvay ev sahibliyi edəcək.

Bənzər xəbərlər