Dünya çempionatını Argentina qəbul edəcək
20 yaşlı futbolçular arasında dünya çempionatı Argentinada keçiriləcək. Msport.az xəbər verir ki, FİFA belə qərar verib.
Turnirin öncədən İndoneziyada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin bu ölkə İsrail komandasının yarışda iştirakına etiraz etdiyindən dünya futbol qurumu təşkilatçılığı onlardan alıb.
FİFA rəsmiləri ötən həftə Argentinaya gedərək infrastrukturla tanış olublar və müsbət rəy veriblər.
U-20 dünya çempionatı mayın 20-dən iyunun 11-ə kimi keçiriləcək. Mundialda 24 komanda mübarizə aparacaq. Argentina yığması təşkilatçı kimi turnirdə İndoneziyanı əvəz edəcək.
ANAR ABDULLAYEV







