featured-image-17802

DÇ-2022-nin qrup mərhələsinin 8 oyunu “CBC Sport”dan yayımlanacaq.

Msport.az xəbər verir ki, bu barədə ölkəmizdə yarışın yayım hüququna malik olan İTV məlumat yayıb.

Biuldirilir ki, qruplarda təşkil olunan son turun oyunları günün eyni vaxtında başlayır. Ölkə ərazisində bu çempionatın eksklüziv yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tamaşaçıların bütün oyunları izləməsinə şərait yaratmaq üçün “CBC Sport” telekanalı ilə razılaşma əldə edib. Razılaşmaya əsasən, yayım hüququnun sublisenziya əsasında verilməsiylə, qrup mərhələsinin son turunun 8 oyunu “CBC Sport” telekanalında yayımlanacaq.

Bənzər xəbərlər