featured-image-65011

“Atletiko”nun vingeri Anxel Korrea Avropanı tərk edir.

Msport.az xəbər verir ki, Argentina millisinin üzvü karyerasını Meksikada davam etdirməyə hazırlaşır.

Belə ki, 30 yaşlı dünya çempionu “Tiqres”lə ilkin razılığa gəlib. Tərəflər arasında yalnız münasibətlərin rəsmiləşməsi qalıb. Bu transfer madridlilərə 6 milyon avro qazandıracaq.

Qeyd edək ki, Anxel Korrea bu mövsüm 28 oyunda 3 qol vurub.

Bənzər xəbərlər