featured-image-19644

“Çelsi” “Benfika”nın yarımmüdafiəçisi Entso Fernandesin transferi ilə bağlı Portuqaliya klubu ilə danışıqlar aparır.

Msport.az xəbər verir ki, London təmsilçisi 21 yaşlı futbolçunu heyətinə qatmaq üçün birbaşa “Benfika” rəhbərliyi ilə təmasa keçib.

“Benfika” əvvəlki kimi argentinalı dünya çempionunu buraxmağa görə 120 milyon avro tələb edir. “Çelsi” isə qiymətlə bağlı başqa variantlar təklif edir.

Entso özü artıq “zadəganlar”ın sırasına keçməyə razılıq verib.

“Liverpul” və “Mançester Yunayted” yarımmüdafiəçi üçün rəsmi təklif göndərməyiblər.

Argentinalı oyunçu cari mövsümdə “Benfika”nın heyətində 24 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

 

Bənzər xəbərlər