featured-image-38686

Argentina millisi ilə 2022-ci ildə dünya çempionu olan Papu Qomes iki il müddətinə futboldan uzaqlaşdırılıb.

Msport.az “Relevo” nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı vingerin 2022-ci ildə verdiyi dopinq testi müsbət çıxıb.

Oyunçu həmin dönəmdə İspaniyada “Sevilya” klubunun uğurları üçün çalışıb.

Qomes testdən bir neçə gün əvvəl özünü pis hiss edib və uşaqlarından birinin öskürəyə qarşı sirop içib.

Qeyd edək ki, Qomes 2022-ci ildə Argentina ilə dünya çempionatının qalibi olub. Hazırda İtaliyada “Montsa” klubunun şərəfini qoruyan futbolçu cari mövsüm iki matçda meydanda olub.

Bənzər xəbərlər