featured-image-53829

Türkiyənin “Fənərbağça” klubu heyətini daha bir məşhur futbolçu ilə gücləndirə bilər.

Msport.az xəbər verir ki, bu barədə yerli “Fanatik” nəşri məlumat yayıb.

İtaliyanın “Yuventus” klubundan ayrılan Andrian Rabyo İstanbul təmsilçisinə təklif olunub.

Yarımmüdafiəçi ilə bağlı son qərarı baş məşqçi Joze Mourinyonun verəcəyi vurğulanıb.

Qeyd edək ki, Rabyo 2018-ci ildə Fransa yığması ilə birlikdə dünya çempionu olub

Bənzər xəbərlər