Dünya çempionu London klubundan ayrılır
İngiltərənin “Tottenhem” klubunun qapıçısı Uqo Loris London təmsilçisindən ayrıla bilər.
Msport.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, fransalı qolkiperin “Nyukasl”a keçmək ehtimalı var.
Onun zədələnən Nik Poupu əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, Loris cari mövsüm meydana çıxmayıb. O, 2018-ci ildə Fransa yığması ilə dünya çempionu olub.







