featured-image-40282

“Benfika”nın argentinalı futbolçusu Anxel Di Mariya karyerasını ölkəsində davam etdirəcək.

Msport.az “Record”a istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi 2024-cü ilin yayında “Rasorio Sentral”a keçəcək.

Qeyd edək ki, 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olan oyunçu daha əvvəl “Real”, “Mançester Yunayted”, PSJ və “Yuventus” kimi klubların formasını geyinib.

Bənzər xəbərlər