Dünya çempionu ölümlə hədələndi
Portuqaliyanın “Benfika” klubunun futbolçusu Anxel Di Mariya ölümlə hədələnib.
Msport.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu, təcrübəli oyunçunun karyerasını “Rosario Sentral” komandasında başa vurmaq istəməsini açıqladıqdan sonra baş verib.
Argentinalı son dünya çempionu bu müsahibəsindən bir həftə sonra təhdidlər alıb.
Onun ailəsinin Rosario şəhərindəki evinin önünə qeyd qoyulub. Bildirilib ki, Di Mariya şəhərə qayıdarsa, hətta əyalət qubernatu belə onların təhlükəsizliyinə zəmanət verə bilməyəcək.
Qeyd edək ki, Anxel Di Mariya “Rosario Sentral”ın yetirməsidir.