featured-image-46729

Almaniya millisinin heyətində dünya çempionu olmuş Bernd Heltsenbayn vəfat edib.

Msport.az xəbər verir ki, “Ayntraxt” klubunun sabiq futbolçusu 79 yaşında dünyasını dəyişib.

O, karyerası ərzində UEFA Kuboku və 3 dəfə Almaniya Kubokunu qazanıb.

Qeyd edək ki, Bernd Heltsenbayn Almaniya millisində 40 oyun keçirib. O, 1974-cü ildə dünya çempionu, 1976-cı ildə keçirilən Avropa çempionatında isə gümüş mükafatçı olub.

Bənzər xəbərlər