featured-image-61721

Fransa millisinin sabiq futbolçusu Olivye Jirunun evi qarət olunub.

Msport.az xəbər verir ki, 38 yaşlı hücumçunun yaşadığı ünvandan oğurluq edilib.

Hazırda ABŞ-nin “Los-Anceles” klubunda çıxış edən Jirunun həyat yoldaşı bununla bağlı aidiyyəti qurumlara məlumat verib. Məlumata görə, ümumi dəyəri təxminən 500 min dollar təşkil edən 10-dan çox saat oğurlanıb. Məsələ ilə bağlı araşdırma aparan polis hələlik həmin şəxslərin kimliyini aşkar edə bilməyib.

Qeyd edək ki, Olivye Jiru 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olub.

Bənzər xəbərlər