Dünya futbol tarixinin ən yaxşısı kimdir?
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tarixin 10 ən yaxşı futbolçusunun reytinqini açıqlayıb.
Msport.az xəbər verir ki, siyahıya argentinalı Lionel Messi başçılıq edir. “Qızıl top”un səkkizqat qalibi və 2022-ci ilin dünya çempionu reytinqin şəriksiz lideridir.
Onun müasir futboldakı əsas rəqibi Kriştianu Ronaldu dördüncü yerdə qərarlaşıb. Portuqaliyalı ulduz, Messi ilə yanaşı, müvafiq olaraq ikinci və üçüncü yerləri tutan Pele və Dieqo Maradonadan da geri qalır.
Beşinci yeri niderlandlı Yohan Kroyf tutur. İlk “10-luğ”a həmçinin Ronaldo, Zinəddin Zidan, Frans Bekkenbauer, Alfredo Di Stefano və Ronaldinyo daxildir.