Dünya futbolunda yeni rekord
“Fluminense”nin 44 yaşlı qapıçısı Fabio yeni dünya rekordunu müəyyənləşdirib. Msport.az xəbər verir ki, braziliyalı qolkiper karyerasında 1391-ci oyuna çıxıb.
O, bu göstəricidə ötən əsrin 80-ci illərdində İngiltərə millisinin qapısını qorumuş Peter Şiltonu keçib.
Tarixi oyundan öncə Fabioya xüsusi hədiyyə təqdim olunub.
Onun koomandası Kolumbiyanın “Amerika Kali” klubu üzərində 2:0 hesabı ilə qələbə qazanaraq, Cəmubi Amarika kubokunda 1/4 finala yüksəlib.