featured-image-41481

“Hopper” HQ şirkəti 2023-cü ilin nəticələrinə əsasən, dünya idman ulduzlarının reytinqini açıqlayıb. Matc.az xəbər verir ki, üç futbolçu ilk “beşliy”ə düşüb.

Birinci yerdə “Əl-Nəsr”ın hücumçusu Kriştiano Ronaldo qərarlaşıb. İkinci yeri “İnter Mayami”nin kapitanı Lionel Messi tutur. Hindistanlı kriketçi Virat Kohli üçüncüdü. Şirkət “Əl-Hilal”ın hücumçusu Neymarı dördüncü yerə layiq bilib. Beşinci isə “Los-Anceles”in basketbolçusu Lebron Ceyms qərarlaşıb.

Qeyd edək ki, Kriştiano Ronaldo bu ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdi.

Bənzər xəbərlər