featured-image-41517

“Transfermarkt” portalı dünyanın ən bahalı futbolçularından ibarət simvolik komandanı tərtib edib.

Msport.az-ın məlumatına görə, 11 futbolçudan ibarət komandanın ümumi bazar dəyəri 1,22 milyard avro olub.

Komandanın tərkibi aşağıdakı kimidir:

Hücumçular: Cude Bellinqem (İngiltərə, Real Madrid), Kilian Mbappe (Fransa, PSJ), Erlinq Haaland (Norveç, Mançester Siti).

Yarımmüdafiəçilər: Rodriqo Hernandes (İspaniya, Mançester Siti), Camal Musiala (Almaniya, Bayern Münhen), Deklan Rays (İngiltərə, Arsenal).

Müdafiəçilər: Trent Aleksander-Arnold (İngiltərə, Liverpul), Vilyam Saliba (Fransa, Arsenal), Ruben Diaş (Portuqaliya, Mançester Siti), Yoşko Qvardiol (Xorvatiya, Mançester Siti).

Qapıçı: Mayk Menyan (Fransa, Milan)

Hazırda ən bahalı futbolçular Bellinqhem, Mbappe və Haalanddır. “Transfermarkt”a görə hər üç futbolçu 180 milyon avro dəyərində qiymətləndirilir.

Bənzər xəbərlər