featured-image-38380

“Barselona”nın oyunçusu Lamin Yamal 16 yaşlılar arasında dünyanın ən bahalı futbolçusudur. Msport.az xəbər verir ki, bu məlumatı Okko-Sport teleqram kanalı yayıb.

Transfermarkt”ın son qiymətləndirməsinə görə, hücumçunun qiyməti 50 milyon avrodur. İndiyə kimi heç kim bu yaşda belə baha qiymətləndirilməyib.

Yamal cari mövsümdə Kataloniya klubunda 11 oyunda meydana çıxıb, 1 qol vurub və bir məhsuldar ötürmə verib.

Forvard AÇ-2024-ün seçmə mərhələsində İspaniya millisində 2 oyun keçirib və bir qol vurub.

Bənzər xəbərlər