Dünyanın ən dəyərli 15 klubu - SİYAHI
Transfermarkt saytı dünyanın ən dəyərli 15 klubunun adını açıqlayıb.
Msport.az xəbər verir ki, komandaların heyətindəki futbolçuların transfer qiymətinə əsasən hazırlanmış siyahıda İngiltərənin 7 təmsilçisi yer alıb.
Sıralamaya “Mançester Siti” başçılıq edir. “Şəhərlilər”in heyətinin ümumi dəyəri 1,05 milyard avrodur. “Çelsi” (1,02 milyard) ikinci, Almaniyanın “Bayern Münhen” klubu (979.70 milyon) isə üçüncüdür.
Ümumi sıralama isə aşağıdakı kimidir:
1. “Mançester Siti” – 1,05 milyard avro
2. “Çelsi” – 1,02 milyard avro
3. “Bayern Münhen” – 979.70 milyon avro
4. “Arsenal” – 890 milyon avro
5. PSJ – 882,55 milyon avro
6. “Liverpul” 879 milyon avro
7. “Real Madrid” – 860,50 milyon avro
8. “Mançester Yunayted” – 795,70 milyon avro
9. “Barselona” – 767 milyon avro
10. “Tottenhem” – 680,30 milyon avro
11. “Napoli” – 629 milyon avro
12. “Borussiya” (Dortmund) – 547,70 milyon avro
13. “Milan” – 547,25 milyon avro
14. “İnter” – 534,45 milyon avro
15. “Nyukasl” – 493,30 milyon avro
Cahid







