featured-image-65121

“Barselona”nın və İspaniya millisinin futbolçusu Lamin Yamal tarixin ən yaxşı oyunçusu ilə bağlı seçimini edib.

Msport.az xəbər verir ki, 17 yaşlı vinger hazırda “İnter Mayami”də çıxış edən Argentina millisinin üzvü Lionel Messinin adını çəkib.

“Bütün zamanların ən yaxşı futbolçusu kimdir? Messi ən yaxşısıdır. Amma mən öz hekayəmi yazmaq istəyirəm”, – deyə gənc yarımmüdafiəçi bildirib.

Bu mövsüm Yamal “Barselona”nın heyətində bütün turnirlərdə 53 oyun keçirib, 17 qol vurub və 25 məhsuldar ötürmə edib. Futbolçunun dəyəri 180 milyon avrodur.

Bənzər xəbərlər