Dünyanın ən yaxşı gənc məşqçiləri - SİYAHI
“FourFourTwo” nəşri yaşı 40-ı keçməyən məşqçilərin dünya reytinqini hazırlayıb. Msport.az xəbər verir ki, “Bayern Münhen”in 35 yaşlı çalışdırıcısı Yulian Naqelsmann siyahıya başçılıq edir.
“Sportinq”in portuqaliyalı baş məşqçisi Ruben Amorim (38 yaş) 2-ci pillədədir.
3-cü yeri millimizin AÇ-2024-ün seçmə mərhələsindəki rəqibi – Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko (37 yaş) tutur.
Vensan Kompani (Börnli, 36), Mattias Yaysle (“Zalsburq”, 34), Uilyam Still (“Reyms”, 30), Ueyn Runi (Di Si Yunayted, 37) də siyahıda yer alıblar.
ANAR ABDULLAYEV







