featured-image-26616

“Atletiko”nu çalışdıran Dieqo Simeone dünyanın ən yüksək ödənişli məşqçisidir. Msport.az “L`Equipe”ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis ildə 34 milyon avro qazanır.

Hətta İngiltərə Premyer Liqasında işləyən məşqçilərin də maaşı Simeonedən xeyli azdır.

2-ci yerdə “Mançester Siti”yə rəhbərlik edən Pep Qvardiola (22,4 milyon), 3-cü sırada isə “Liverpul”da fəaliyyət göstərən Yurgen Kloppdur – 17,8 milyon.

Ən çox maaş alan məşqçilər. İllik əməkhaqqı göstərilib: 

  1. Dieqo Simeone (Atletiko) – 34 milyon
  2. Pep Qvardiola (Mançester Siti) – 22,4 milyon
  3. Yurgen Klopp (Liverpul) – 17,8 milyon
  4. Qrem Potter (Çelsi) – 13,5 milyon
  5. Massimiliano Alleqri (Yuventus) – 12,8 milyon
  6. Tomas Tuhel (Bayern Münhen) – 12 milyon
  7. Karlo Ançelotti (Real) – 11 milyon
  8. Simone İndzaqi (İnter)  – 10 milyon
  9. Joze Mourinyo (Roma) – 9,2 milyon
  10. Xabi Alonso (Bayer) – 5 milyon
  11. Niko Kovaç (Volfsburq) – 4 milyon
  12. Xavi (Barselona) – 3,8 milyon

ANAR

Bənzər xəbərlər