"Düşünmürəm ki, Leo "Barselona"ya qayıdacaq" - Xorxe Messi
PSJ və Argentina millisinin üzvü Lionel Messinin atası və meneceri Xorxe Messi oğlunun “Barselona”ya qayıdacağı ilə bağlı yayılan şaiyələri şərh edib.
Msport.az xəbər verir ki, Xorxenin Barselonaya getdiyi və danışıqlar apardığına dair söz-söhbət yayılmışdı:
“Mən düşünmürəm ki, Leo “Barselona”ya qayıdacaq. Bizə heç nə təklif etməyiblər. Təklif almamışıq və “Barsa”nın prezidenti Laporta ilə danışmamışıq”.
Xatırladaq ki, argentinalı ulduz futbolçu Kataloniya klubunu 2021-ci ildə tərk edib. 35 yaşlı futbolçu son iki mövsümü PSJ-də keçirib. Onun Paris klubu ilə müqaviləsi iyunda başa çatır.







