"Düşünürəm ki, artıq kifayətdir deməyin" vaxtıdır- Çeferin İnfantinonu tənqid etdi
UEFA prezidenti Aleksander Çeferin FİFA-nın rəhbəri Canni İnfantinonu sərt tənqid edib.
Msport.az QOL.az xəbər verir ki, o, FİFA-nın son qərarları və idarəçilik üslubu ilə bağlı kifayət qədər sərt danışıb.
UEFA prezidenti İnfantinonun adını çəkməsə də, çıxışının FİFA rəhbərinə yönəldiyi aşkar şəkildə bəlli olub. Çeferin məşhur danimarkalı uşaq yazıçısı Hans Kristian Andersenin “İmperatorun yeni libası” nağılını nümunə gətirib.
“İmperatorun çılpaq olduğunu hamı görür. Onu fərqli göstərməyə çalışmaq isə reallığı dəyişmir”.
Çeferin FİFA-nın bəzi qərarlarının şəffaf və demokratik olmadığını iddia edib. O, xüsusilə FIFA Forward Enterprise layihəsi ilə bağlı prosesləri tənqid edib.
UEFA prezidenti klublara müraciət edərək belə bir nümunə də çəkib: “Təsəvvür edin ki, klubunuzun rəhbərlərindən biri sizdən xəbərsiz onun gələcəyi ilə bağlı mühüm qərar qəbul edir. Nə idarə heyətinin, nə futbolçuların, nə də azarkeşlərin bundan xəbəri var. Siz bunu qəbul edərsiz?
“Düşünürəm ki, artıq ‘kifayətdir’ deməyin vaxtıdır. Heç bir vəzifə, titul və güc futbolun gələcəyini satmaq hüququ vermir”.
Qeyd edək ki, FİFA prezident seçkilərinin gələn ilin martında keçirilməsi planlaşdırılır. Namizədlərin irəli sürülməsi üçün son tarix 18 noyabrdır.







