"Real"da yeni müqavilə - 2031-ci ilə kimi qalır
Cud Bellinqem “Real”la yeni uzunmüddətli müqavilə bağlayıb.
Msport.az xəbər verir ki. bu barədə “Diario AS” məlumat yayıb.
23 yaşlı futbolçunun yeni anlaşması 2031-ci ilin iyununa qədər nəzərdə tutulub.
İngiltərə millisinin üzvü yeni Müqaviləyə əsasən, daha çox maaş alacaq.
Xatırladaq ki. Bellinqem Madrid klubuna 2023-cü ilin yayında Dortmund “Borussiya”sından 103 milyon avroya transfer olunmuşdu. O, “Real”ın heyətində Çempionlar Liqasının. İspaniya La Liqasının və UEFA Superkubokunun qalibi olub.







