featured-image-16474

Artyom Dzyuba “Adana Dəmirspor”la müqaviləsini pozub.

Msport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu əmək haqqının gecikməsinə və az oynamasına görə klubdan ayrılır.

Adana komandası hələ də hücumçunun sentyabr və oktyabr aylarına olan maaşını verməyib. Dzyuba ilə klub arasında yeni razılığa əsasən, bütün borclar 2023-cü ilin yanvar-fevral ayına kimi ödənməlidir.

Rusiya millisinin sabiq üzvü “Adana Dəmirspor”a bu ilin yayında keçib. O, bu komandada 5 oyun keçirib və 1 qol vurub.

 

Bənzər xəbərlər