Dzyuba “Lokomotiv”də nə qədər qazanacaq?
Məşhur rusiyalı futbolçu Artyom Dzyuba “Lokomotiv” klubu ilə müqavilə bağlayıb.
Msport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hücumçunun anlaşması mövsümün sonunadək nəzərdə tutulub.
Dzyuba yeni komandasında 7 nömrəli formada çıxış edəcək. Onun aylıq maaşı 2,5 milyon rubl (59 min 115 manat) olacaq.
34 yaşlı forvardın son klubu “Adana Demirspor” olub. Dzyuba bu komandadan ötən ilin noyabrında ayrılmışdı.
ANAR ABDULLAYEV







