Eden Azar karyerasını başa vura bilər
Eden Azar 32 yaşında karyerasını başa vura bilər. Msport.az “As”a istinadən xəbər verir ki, belçikalı futbolçu “Real”la müqaviləsini pozduqdan sonra özünə yeni klub tapa bilməyib.
Vinger “İnter Mayami” və kiçik qardaşı Kilianın çıxış etdiyi “Molenbek”dən təklif alsa da, bundan imtina edib. Azar iyunun 30-dan bu yana azad agentdir.
Onun yeni klub tapmaqla bağlı problemləri çoxsaylı zədələr alması ilə əlaqədardır. Futbolçu “Real”da uzun müddət zədəli olduğundan oyun təcrübəsi azdır.
Həm də Belçika millisinin sabiq üzvü ailəsi ilə birgə özünü İspaniyada yaxşı hiss edir və Madriddə qalmaq istəyir.







