featured-image-18385

Eden Azar Belçika millisindəki karyerasını başa vurduğunu açqlayıb.

Msport.az xəbər verir ki, “Real”ın futbolçusu bu barədə instagramda paylaşım edib:

“Bu gün daha bir səhifə çevirilir…Sevginizə görə, çox sağ olun. Dəstəyinizə görə, təşəkkür edirəm. 2008-ci ildən bölüşdüyümüz bütün xoş günlərə görə, sağ olun. Mən millidə karyeramı başa vurmağı qərara aldım. Əvəzləyici artıq hazırdır. Darıxacam”.

Azar Belçika yığmasında 126 oyunda 33 qol vurub. Belçika millisi DÇ-2022-də Mərakeş, Xorvatiya və Kanada ilə bir qrupdan pley-offa çıxa bilməyib.

Bənzər xəbərlər