"Eden Azarla oxşarlığımız arxamızın böyük olmasıdır" - Sterlinq
“Çelsi”nin futbolçusu Rəhim Sterlinq hazırda maraqlı açıqlama verib.
Msport.az-ın xəbərinə görə, klubun rəsmi yutub kanalına danışan ingiltərəli hücumçu hazırda “Real Madrid”də çıxış edən Eden Azarla hansı oxşar cəhətinin olduğunu söyləyib:
“Onunla oxşar cəhətlərim varmı? Yəqin ki, bu, hər ikimizin arxasının böyük olmasıdır. Haqlıyam?”
Qeyd edək ki, Rəhim Sterlinq ötən ildən “Çelsi”də çıxış edir. Eden Azar isə 2012-2019-cu illərdə London təmsilçisinin formasını geyinib.
CAHİD







