featured-image-19580

İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində baş tutan “Lids”lə oyun (3:1) “Mançester Siti”nin qapıçısı Ederson üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, braziliyalı qolkiper İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Belə ki, o, “şəhərlilər”in heyətində 197-ci oyununda 150-ci qələbəsini qazanıb. Ederson Premyer Liqada 150 qələbəyə ən qısa müddətdə çatan oyunçu olub. Ona qədər rekord “Mançester Yunayted”in keçmiş müdafiəçisi Patris Evraya məxsus idi. Fransalı 213-cü görüşündə 150-ci qalibiyyətini qeyd edib. “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne (215 oyun) bu siyahıda üçüncü yeri tutur.

Növbəti pillələrdə “Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Fernandinyo (216) və “Çelsi”nin əfsanəvi qapıçısı Petr Çex (217) qərarlaşıb.

Bənzər xəbərlər