featured-image-37001

Bosniya və Herseqovina millisinin futbolçusu Edin Ceko yeni uğura imza atıb.

Msport.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçu buna Lixtenşteyn yığmasına 2:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələsinin oyununda nail olub.

Görüşdə hesabı açan təcrübəli forvard millinin heyətində 50-ci matçda fərqlənməyə müvəffəq olaraq “20-liy”ə daxil olub.

Rekord Portuqaliya yığmasının heyətində 80 qarşılaşmada qol vuran Kriştianu Ronalduya məxsusdur.

Bənzər xəbərlər