Edin Ceko müqavilə bağlamaq üçün İstanbula gəldi - FOTO
Edin Ceko “Fənərbaxça” ilə müqavilə bağlamaq üçün İstanbula gəlib. Msport.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi tviter səhifəsi məlumat verib.
“Hər kəsin yaxşı tanıdığı hücumçu Edin Ceko tibbi müayinədən keçmək və transferlə bağlı danışıqları yekunlaşdırmaq üçün İstanbula gəlib” – klubun açıqlamasında belə deyilir.
37 yaşlı futbolçunun iyunun 30-da “İnter”lə müqaviləsi başa çatır və o, azad agent olur.
Bosniya və Herseqovina yığmasının üzvü ötən mövsüm “İnter”in heyətində bütün turnirlərdə 52 oyun keçirib 14 qol vurub və 5 məhsuldar ötürmə verib.
Cekonun 2025-ci ilədək müqavilə bağlaması gözlənilir. Onun illik maaşı 4 milyon avro olacaq.
ANAR








