Edin Ceko "Neftçi"nin iştirak edəcəyi turnirdən imtina etdi
“Fənərbaxça”nın yen transferi Edin Ceko Rusiyada təşkil olunacaq “PARI Premyer” turnirinə yollanmayacaq.
Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bosniya və herseqovinalı hücumçu Sankt-Peterburqa getməkdən imtina edib.
37 yaşlı forvard Ukraynayla müharibə səbəbindən Rusiyaya yollanmaqdan imtina etdiyini rəhbərliyə bildirib.
Ukraynanı dəstəkləyən Ceko yeni komandasının heyətində “Zenit”, “Srvena Zvezda” və “Neftçi” ilə oyunları buraxacaq.
Qeyd edək ki, “Fənərbaxça” ilə “Neftçi” turnirin son turunda üz-üzə gələcəklər. Görüş iyulun 15-də baş tutacaq.